
Türkiyənin tanınmış aktyor və model cütlüyü Sinəm Kobal və Kənan İmirzalıoğlu 14 fevral Sevgililər günü ilə bağlı xüsusi paylaşım ediblər.
“Haber Global”ın məlumatına görə, məşhurlar sosial şəbəkələrdə bir-birinə olan sevgilərini ifadə edən fotoşəkillərini yayıblar.
“Bizim sevgililər günümüz” başlığı ilə yayılan fotolar qısa müddət ərzində çox sayda bəyənmə toplayıb.