Ukraynaya hərbi yardım göndərən dövlətlərin sayı açıqlandı

“Hazırda 15 ölkədən Ukraynaya hərbi yardım gəlir”.

Gununsesi.info İnterfaks-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

O, brifinqdə ABŞ-ın Ukraynaya hərbi təchizat göndərməkdə davam etdiyini təsdiqləyib və əlavə edib ki, daha 14 ölkə belə yardım həyata keçirir.

Kirbinin sözlərinə görə, ABŞ yüklərin Ukrayna hərbçilərinə çatdığından əmindir.

Gununsesi.info