
“Ukraynada baş verənlər NATO ilə münaqişə deyil və NATO ilə münaqişə olmayacaq”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Böyük Britaniya Baş nazir Boris Conson “New York Times” qəzetində məqaləsində yazıb.
B. Conson 20 ölkənin Ukraynaya müdafiə sahəsində yardımlar göndərdiyini qeyd edib: “Bu ilin yanvar ayında Böyük Britaniya Ukraynaya müdafiə sahəsində yardım göndərən çoxsaylı Avropa ölkələrindən bir olub. Hazırda 20 ölkə bu istiqamətdə addımlar atır”.
Gununsesi.info