
Ukrayna və Rusiya arasında taxıl bölhranı yaşanmaqdadır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Kiyevin ən böyük dəstəkçilərindən olan Polşa Ukraynadan taxıl idxalına məhdudiyyət gətirdikdən sonra BMT-də Ukrayna Polşanı tənqid edib.
Polşa Ukraynanın Varşavadakı səfiri Vasyl Zvarychi Xarici İşlər Nazirliyinə çağırıb.
Nyu-Yorkdakı BMT Baş Assambleyasındakı çıxışında Zelenskinin Polşanın Ukrayna taxılının Avropa Birliyi ölkələrinə satışına sanksiya gətirməsini tənqid etməsinə cavab olaraq rəsmi Varşava səfir Vasyl Zvarycha etiraz notası verib.
Nazirliyin internet saytında bildirilir ki, Polşanın XİN başçısının köməkçisi Pavel Jablonski Ukrayna səfirinə sərt etiraz notasının verildiyini təsdiq edib.
“Çoxtərəfli toplantılarda Polşaya basqı etmək, beynəlxalq məhkəmələrə şikayət etmək, iki ölkə arasındakı anlaşmazlıqların həlli üçün uyğun metodlar deyil. Polşa hökumətinin atdığı addımlar Polşa əkinçilərinin maraqlarını qorumağı hədəfləyir, Avropa Birliyi hüququna, beynəlxalq hüquqa uyğundur. Bu cür davranışlar Polşaya qarşı təsirli olmayacaq”.
Xatırladaq ki, Ukrayna lideri Zelenski BMT Baş Assambleyasındakı çıxışında “Avropadakı bəzi dostlarımızın siyasi teatrda həmrəyliyi necə oynamaları və taxıldan gərginlik filmi düzəltdiklərini görmək narahatlıq verir”, demişdi.
Tərcümə: Arzu