Ukrayna qondarma referendumlara görə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirməsini tələb edir

  • By admin
  • 26 Sentyabr 2022 07:24

Ukrayna hazırda ölkənin Rusiya qoşunlarının nəzarətində olan bölgələrində keçirilən Rusiyanın tərkibinə daxil olmaq üzrə qondarma referendumlara görə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirməsini tələb edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko rəsmi Tvitter hesabında məlumat verib.

O bildirib ki, Rusiya BMT Nizamnaməsini pozaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişdirməyə cəhd etdiyinə görə cavab verməlidir.