Türkmənistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib

  • By ilhame
  • 04 Oktyabr 2023 21:09

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində qeyd edib.

Qəbulda dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Gununsesi.info