Türkmənbaşı “yeni gənc nəslə yol açır” - HAKİMİYYƏTİ OĞLUNA ÖTÜRÜR

  • By admin
  • 12 Fevral 2022 18:51

Türkmənbaşı Qurbanqulu Berdımuhəmmədov yenə dünya gündəminə gəlib.

O deyib ki, prezident postunu tərk etmək qərarına gəlib.

Qurbanqulu “yeni gənc nəslə yol verəcəyini” bildirib.

Türkmənbaşının səhhətiylə əlaqədar vəzifəsini tərk edəcəyi və hakimiyyəti oğlu Sərdar Berdimuhəmmədova ötürəcəyi bildirilir. 40 yaşlı Sərdar Berdimuhəmmədov prezidentin yeganə oğludur. Sərdar hakimiyyətdə müxtəlif vəzifələrdə işləyib.

Mediada yayılan məlumatlara əsasən, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Gununsesi.info