Türkiyənin yeni Xəzinə və Maliyyə naziri o oldu

  • By admin
  • 10 Noyabr 2020 22:25

Lütfi Elvan Türkiyənin Xəzinə və Maliyyə naziri təyin olunub.

Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, Elvan bu gün and içərək vəzifəsinin başına keçib.

Lütfi Elvan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Büdcə və Planlaşdırma Komissiyasının rəhbəri olub.

Qeyd edək ki, bundan əvvəl Xəzinə və maliyyə naziri vəzifəsini Berat Albayrak icra edib. O, səhhətində olan problemlər səbəbindən istefa verib.

 

 

Gununsesi.info