
“S-400-ü satmaq üçün yox, istifadə etmək üçün almışıq”.
Gununsesi.org APA-ya istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan istifadə etmək üçün alıblar.
“S-400-ün başqa ölkələrə satılması gündəmdə yoxdur”, – deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.