
İlkin qiymətləndirməyə görə, səhər 8.45 radələrində Almadağ fabrikimizin dinamit hazırlama hissəsində kimyəvi reaksiya nəticəsində partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu sözləri Ankara valisi Vasif Şahin bu gün Ankarada hərbi müəssisədə baş verən partlayış haqda danışarkən deyib.
“Təəssüf ki, orada çalışan 5 işçimiz dünyasını dəyişdi. Allahdan onlara rəhmət diləyirəm. Hazırda hüquq-mühafizə orqanları vəziyyəti araşdırır. Daha dəqiq və geniş məlumat gələndən sonra ətraflı açıqlama verəcəyik. Dağıntılar altında olan hər kəs çıxarılıb”, – Şahin bildirib.
Qeyd edək ki, Ankarada yerləşən maşınqayırma və kimya sənayesi müəssisəsinin raket və partlayıcı istehsal edən zavodunda səhər saatlarında partlayış baş verib. Hadisə nəticəsində 5 işçi həlak olub.
***
Ankara yaxınlığında Maşınqayırma və Kimya Sənayesi (MKE) müəssisəsinə məxsus raketlər və onlar üçün döyüş başlıqları istehsal edən zavodda yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd olunub ki, fabrik Elmadağ rayonunda, yaşayış məntəqələrindən uzaqda, dağlıq ərazidə yerləşir. Obyektin üzərində tüstü görünməzdən əvvəl partlayış səsi eşidilib.
Məlumata görə, partlayış nəticəsində 5 işçi həlak olub.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib.
Mənbələrin məlumata görə, partlayış istehsalat müəssisəsində baş verib. Hazırda yanğının söndürülməsi davam etdirilir.
Hadisənin səbəbləri barədə hələ ki, məlumat yoxdur.