
Türkiyə Silah Qüvvələri Suriyanın şimalında keçirilən antiterror əməliyyatlarında 10 PKK silahlısını zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, “Fərat qalxanı” antiterror əməliyyatı bölgəsində hücum hazırlığında olan 4 terrorçu, “Sülh bulağı” antiterror əməliyyatı bölgəsində isə 6 terrorçu məhv edilib.
Nazirlik bölgədə əməliyyatların davam etdirildiyini açıqlayıb.
Gununsesi.info