
İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı Türkiyə ordusunun iki hərbçisi şəhid olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Pençe-Kilit” əməliyyat bölgəsində atışma zamanı Harun Yıldırım və Savaş Borlu həlak olub.
Daha 4 hərbçinin yaralandığı qeyd olunur.
Gununsesi.info