
“ABŞ-da Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin prezident seçkilərində qalib gəldiyi görünür”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen səsləndirib.
“Baxın, əgər Bayden-Harris biletinin qalib olduğu müəyyənləşsə – və hazırda işlər açıq-aşkar belə görünür – biz Milli Təhlükəsizlik Şurası olaraq çox peşəkar şəkildə ötürmə edəcəyik”, – deyə Robert O’Brayen Qlobal Təhlükəsizlik Forumundakı onlayn çıxışında qeyd edib.
Gununsesi.info