Tramp İrana qarşı sanksiyaların müddətini uzadıb

  • By admin
  • 12 Noyabr 2020 21:35

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

“İranla münasibətlərimiz hələ də normallaşmayıb… Bu səbəbdən 14 noyabr 1979-cu il tarixli 12170 saylı fərmanla elan edilmiş İrana qarşı fövqəladə vəziyyətin uzadılmasına ehtiyac olduğuna qərar verdim”, – Tramp belə deyib.

 

 

Gununsesi.info