
Toyuq dönərinin satışına heç bir zaman qadağa qoyulmayıb.
Gununsesi.info xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli deyib.
Agentlik sədri bildirib ki, toyuq dönərlərinin hazırlanması haqqında standartlar var idi.
“Müvafiq qurum ləğv olunandan sonra həmin standartlar könüllü şəkildə tətbiq olunur. Toyuq və ət dönərinin hazırlanmasında müəyyən sanitariya qaydaları var və onlara əməl olunmalıdır”.
Gununsesi.info