
Tarix üzrə elmlər doktoru Aydın Balayev vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə professor Adil Qeybulla öz feysbuk hesabında paylaşım edib.
Qeyd edək ki, Aydın Balayev 1956-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Tarixçi professor Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, 90-dək elmi əsərin müəllifidir.
Tarixçi Aydın Balayevin uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, 65 yaşlı professor bir sıra araşdırmaların, tarixi əsərlərin, 90-dək elmi əsərin müəllifidir.
Qeyd edək ki, Aydın Balayevin ölüm xəbərini həyat yoldaşı Nailə Balayeva da təsdiq edib.
Allah rəhmət eləsin!
Gununsesi.info