Tanınmış rejissor vəfat etdi

Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor və ssenarist Viktor Buturlin vəfat edib.

Gununsesi.info TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Lenfilm” kinostudiyası məlumat yayıb.

Bildirilib ki, rejissor bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Viktor Buturlin “Sınıq işıqların küçələri” və “Ölümcül” detektiv serialları ilə məşhurlaşıb. O, həmçinin “Ekskursiyaçı”, “Bağban”, “Səmada əyləc”, “Nüvə tanqosu” filmlərinin, “Sevgi zamanı”, “Alka”, “Yenidən yaşa”, “Diler” seriallarının rejissoru olub.

Gununsesi.info