
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “YAŞAT” Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə Bakı Konqres Mərkəzində “Hərə bir qəhrəman oldu” adlı tədbir keçirib.
Gununsesi.info xəbər verir ki, tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil olunub.
Bərabərlərin dəstəyi xarakteri daşıyan tədbir Birinci Qarabağ müharibəsi şəhidlərinin müxtəlif sahələrdə uğur qazanmış övladlarının İkinci Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşünü təşkil etmək, onlara mənəvi dəstək olmaları məqsədi daşıyıb.
Tədbirin açılışında Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, DOST Agentliyinin sədri Fərid Məmmədov, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və digər rəsmilər iştirak ediblər.
Nazir müavini Vüsal Nəsirli bildirib ki, DOST mərkəzlərinin işğaldan azad olunmuş ərazilərdə yaradılması da nəzərdə tutulub. Onun sözlərinə görə, ilk DOST mərkəzi 2022-ci ildə Şuşada yaradılacaq.
V.Nəsirli qeyd edib ki, Qarabağın hər bölgəsinin DOST mərkəzləri ilə əhatə olunması nəzərdə tutulub.
Gununsesi.info