Sumqayıt sakini narkotikdən ÖLDÜ

Sumqayıtda 43 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Birləşmiş məhəllə sakini 1978-ci il təvəllüdlü İsmayılov Firdövsi Ələkbər oğlu tanışının evində narkotik vasitənin təsirindən ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info