Subasmaya məruz qalan ərazilərin suyu çəkildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlar nəticəsində Samux rayonunun Köbər kəndində bir sıra ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.