Steynar Gil: “Artıq Azərbaycanda sevilmədiyimi görürəm” - SABİQ NORVEÇ SƏFİRİ "GÜNÜNSƏSİ"NƏ DANIŞDI

  • By admin
  • 31 Oktyabr 2020 15:39

Norveç Krallığının Azərbaycandakı sabiq səfiri Steynar Gilin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatı ölkəmizdə birmənalı qarşılanmayıb.

Etiraf edək ki, Azərbaycanda insan haqları və demokratiya məsələlərində prinsipial mövqeyi ilə seçilən Steynar Gilə cəmiyyətimizdə də rəğbət hiss böyük olub.

Lakin onun açıq şəkildə işğalçı Ermənistanı müdafiə etməsi təəccüb və təəssüfə səbəb oldu. 

Sabiq səfirdən bu mövqeyinə aydınlıq gətirməsini istədik.

 

  • Cənab səfir, Azərbaycan cəmiyyətini təəccübləndirdiniz. Nə baş verdi ki, Ermənistanı bu şəkildə müdafiə etdiniz? Müşahidələrimə əsasən nəzərinizə çatdırım ki, azərbaycanlıların Sizə olan rəğbəti itmiş hesab olunur. 

 

  • Mən real vəziyyətə baxaraq, mövqeyimi ifadə etmişəm. Reallıq budur ki, Azərbaycan Dağlıq Qarabağda mülki əhaliyə hücum edib. Ortada böyük bir hiylə var. Hazırda “facebook”da müzakirələr açılıb və ittihamlar səsləndirilir. Bəli, indi görürəm ki, artıq mənə rəğbət yoxdur, sevilmədiyimi görürəm.

 

  • Azərbaycan öz ərazisində müharibə edir. Biz ermənilərə Qarabağda yaşaması üçün bərabər imkanlar təklif etmişik…

– Belə şəraitdə ermənilər buna getməz. Ortada görünən budur ki, Azərbaycan mülki əhalini vurdu. İndi situasiya başqadır.

 

  • Siz yanılırsınız, Ermənistan Dağlıq Qarabağa, münaqişə zonasına aid olmayan şəhərlərimizi raket hücumuna məruz qoydu. Amnesty İnternational və Human Rights Watch bunu təsdiq etdi. Mən sizə indi raket hücumu nəticəsində həyatını itirən uşaqların fotosunu təqdim edirəm…

Mən mövqeyimi bir daha ifadə edirəm. Müharibə dayandırılmalıdır. Sülhün tərəfdarıyam. Mənasız müharibəyə qarşıyam, danışıqlarla həll olunmaldır.

 

Pərviz Həşimli 

Gununsesi.info