
Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan ilə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Tərəflər arasında əsas müzakirə mövzusu Ermənistan ordusunda reformlar, Ermənistan-Rusiya hərbi əməkdaşlığı məsələləri olub.
Nazirlər, həmçinin, Sünikdə görülən təhlükəsizlik məsələlərinə də toxunublar.
Gununsesi.info