
Qırğızıstan parlamentinin deputatları seçicilərin üzrlü səbəb olmadan prezident və ya parlament seçkilərində iştirak etməməsinə görə cəriməni nəzərdə tutan qanunvericiliyə dəyişiklik etməyi təklif edirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dəyişikliklərin qəbulunun təşəbbüskarı xalq nümayəndəsi Təzəbek İkramov olub və o, iddia edir ki, qanun layihəsinin əsas məqsədi “vətəndaşların seçkilərdə və referendumlarda öz səlahiyyətlərini birbaşa həyata keçirə bilməsini tam təmin etməkdir”.
“Konstitusiya qanunu layihəsində üzrlü səbəbləri olan şəxslər istisna olmaqla, onun ərazisində yaşayan Qırğızısıstan Respublikasının bütün vətəndaşlarının prezident və parlament seçkilərində iştirak etməyə borclu olduğu normasının tətbiqi təklif edilir”, – mətbuat xidməti qeyd edib.
Gununsesi.info