
“SOCAR “Azəriqaz” İB-nin sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həll edilməsi istiqamətində həyata keçirdiyi aksiya bu dəfə Qax rayonunda baş tutub.
Tədbiri açıq elan edən Zaqatala RQİİ-nin rəisi aksiyanın məqsəd və məramını izah edib. KOBİA nümayəndəsi də öz növbəsində sahibkarlarla dövlət arasında körpü rolunu oynamağa çalışdıqlarını bildirib.
Mikrofon önünə keçən sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini istəyiblər. Aksiyadan yararlanan sakinlər isə rayonun Əmircan kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasını xahiş ediblər.
Görüşdə səsləndirilən müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilərək qeydə alınıb.
Gununsesi.info