
Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Gununsesi.info-ya “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, noyabrın 3-də saat 09:00-dan işlər başa çatanadək “Zaqatala” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı qaz təchizatı dayandırılacaq.
Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Gununsesi.info