
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin telefon danışıqlarına qoyulan məhdudiyyət qüvvədə qalır.
Gununsesi.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu prokuror Carci Tsiklauri qeyd edib. Çərşənbə günü Tbilisi şəhər məhkəməsi eks-prezidentin 2007-ci ilin noyabrı işi üzrə həbs-qətimkan tədbirini ləğv edib. Saakaşvilinin vəkilləri bildiriblər ki, bu yolla Saakaşvili telefon danışıqları hüququ əldə edə biləcək. Tsiklauri isə bunu inkar edib:
“Biz ittiham tərəfi olaraq ədalətin maraqlarına əsaslanaraq təqsirləndirilən şəxslərin müəyyən hüquqlarını, o cümlədən telefon danışıqlarını məhdudlaşdırdıq. Bu məhdudiyyət qüvvədə qalır, çünki bizim qanuni hüququmuz var və ondan ədalətin bərqərar olması üçün istifadə edirik”.
Onun sözlərinə görə, məhkəmə yalnız həbs-qətimkan tədbirini ləğv edib, hüquqların məhdudlaşdırılmasını yox.
Gununsesi.info