Şəmkirdə güclü yanğın

Şəmkir rayonunda yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Düyərli kəndində ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və içərisindəki ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info