Şəmkirdə 10 otaqlı evdə yanğın -Video

  • By ilhame
  • 01 Yanvar 2024 21:04

Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Gununsesi.info-ya verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus hər mərtəbəsi 360m² olmaqla ümumi sahəsi 720m² olan ikimərtəbəli on otaqlı evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 210m² sahədə yanıb. Evin böyük hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Gununsesi.info