Şəkiyə dolu düşdü - VİDEO

Hazırda Şəkiyə dolu yağır.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

HTML tutorial

Qeyd edək ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra iyulun 16-da qərb rayonlarından başlayaraq, 18-də səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gununsesi.info