
Qarabağda ermənilərin təxribat yaratması nəticəsində silahlı qarşıdurma yeni müharibənin anonsunu verir. Siyasi fəal Bəxtiyar Hacıyev hesab edir ki, baş verənlərin arxasında Rusiya dayanır.
Gununsesi.info Hacıyevin məsələ ilə bağlı açıqlamasını təqdim edir:
“Rusməramlı qoşunlar Azərbaycan ərazisində olduğu müddətcə erməni silahlı birləşmələrinin təxribatları da, Azərbaycanın cavab olaraq antiterror əməliyyatları keçirməsi də davamlı olacaq. Rusməramlıların məramları çox şey ola bilər, ancaq bir şey dəqiqdir ki, məramları Qarabağda sülh yaratmaq deyil. Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün iki tərəf danışmalı, Rusiya qoşunları oradan çıxmalı, sülh sazişinə nəzarəti başqa ölkələrin sülhməramlıları həyata keçirməlidirlər.
Rusiyaya ən qısa zamanda “Qarabağdan rədd ol” demək lazımdır. Arzu olunan odur ki, bunu İrəvanda və Bakıda küçələrdə, Rusiya səfirliklərinin qarşısında xalq desin. Ancaq bir dəfə email yazıb səfirlik qarşısında aksiya keçirməklə bağlı sual soruşmuşdum, 200 polis tökmüşdülər ora.
Yaxşı təşkilatçı olsa, bu gün Qarabağ FK oyununda 30 000 azarkeş bu şüarı səsləndirə bilər, Qarabağdakı sülhməramlıları rus hərbi gəmisi istiqamətinə yönləndirə bilər. Azərbaycanca və ingiliscə şüarlar yazaraq daha geniş auditoriyaya mesaj çatdırıla bilər”.
Mayis
Gununsesi.info