Rusiyanın Kostroma vilayətində matəm elan edildi

Noyabrın 7-i Rusiyanın Kostroma vilayətində “Poliqon” gecə klubunda baş verən yanğında həlak olanlar üçün matəm günü elan edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb. Müvafiq əmri vilayətin qubernatoru Sergey Sitnikov imzalayıb.

Vilayətdə dövlət bayraqları yarıya endiriləcək, əyləncə tədbirləri ləğv ediləcək.

TASS-ın məlumatına görə, yanğın nəticəsində 15 nəfər ölüb . Rusiya İstintaq Komitəsi faciə ilə bağlı cinayət işi açıb.

Gununsesi.info