
Rusiyada son bir gündə daha 24 326 nəfərə COVID-19 diaqnozu qoyulub.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 138 828 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 491 nəfər artaraq 37 031-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 634 671 nəfər sağalıb.
Gununsesi.info