
15-18 iyun tarixlərində Rusiya Federasiyasının Kurqan şəhərində akademik Q.A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzində (Q. A. İlizarov Mərkəzi) görkəmli alim, dünya şöhrətli həkim travmatoloq -ortoped, akademik Q.A. İlizarovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konfrans keçirilib.
Gununsesi.info xəbər verir ki, konfransda Q.A.İlizarov Mərkəzinin Elmi Şurasında 03 mart 2021-ci ildə yekdilliklə Fəxri Professor seçilmiş Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travma şöbəsinin elmi rəhbəri əməkdar həkim, tibb üzrə elmlər doktoru, professor Qələndər Canbaxışova Fəxri professor simvolları təqdim edilib.