Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var - VİDEO

Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb.

Gununsesi.info xəbər verir ki, beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.

HTML tutorial

Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.

Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub.

Gununsesi.info