
Rusiya Silahlı Qüvvələrinin aviasiyası Ukraynanın 89 hərbi obyektini, o cümlədən dörd komanda məntəqəsi və 65 hərbi texnikanın cəmləşdiyi ərazini vurub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi, general-mayor İqor Konaşenkov deyib.
“Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 89 hərbi obyektini vurub. Onların arasında: dörd komanda məntəqəsi, iki reaktiv yaylım atəş sistemi qurğusu, doqquz artilleriya qurğusu, beş raket və artilleriya silahı və sursat anbarı, həmçinin 65 hərbi texnikanın toplandığı ərazilər də yer alır. Eyni zamanda, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını da havada vurub” – Konaşenkov bildirib.
Gununsesi.info