
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 847 dinc sakin ölüb, 1399-ü isə yaralanıb. Real rəqəmlər bundan çox ola bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.
“3 milyon 63 mindən çox ukraynalı hərbi əməliyyatlara görə xaricə, əsasən Polşaya köçüb, yəni, qaçqın düşüb” – məlumatda deyilir.
Qeyd edək ki, Ukrayna hakimiyyəti təkcə Ukraynanın Mariupol şəhərində Rusiyanın hərbi müdaxiləsi nəticəsində 2 mindən çox dinc sakinin öldüyünü bildirib.
Gununsesi.info