Rusiya MN Dağlıq Qarabağla bağlı MƏLUMAT YAYDI

Dağlıq Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib”.

Gununsesi.info xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:

Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.

Bu gün Ermənistandan Dağlıq Qarabağa 189, ümumilikdə 49827 nəfər geri qaytarılıb.

Bu günə kimi 551 hektar ərazi, 205,3 km yol, 783 yaşayış binası, o cümlədən 25 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 23,723 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Gununsesi.info