
Rusiya Dnepropetrovsk vilayətinə raket zərbələri endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət şurasının sədri Nikolay Lukaşuk deyib.
“Vilayət mərkəzində aerportun ərazisinə 3 raket düşüb. Aeroportun yaxınlığındakı infrastruktur dağıdılıb. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 5 əməkdaşı yaralanıb”, – məlumatda qeyd olunub.
***
Raket zərbəsi nəticəsində yaralanan xilasedicilərin sayı 6-ya çatıb.
Gununsesi.info