
Rusiyada kütləvi etiraz aksiyaları keçirilir.
Gununsesi.info xəbər verir ki, ölkənin bütün vilayətlərində küçələrə axışan xalq müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasını tələb edir.
Məlumata görə, ilk mitinq ölkənin Xabarovsk şəhərində başlayıb. Daha sonra digər bölgələrə yayılıb.
Etirazçılar “Biabırçılıq”, “Navalnıya azadlıq” və ölkə Prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndirir.
Hüquq-mühafizə orqanları mitinqlərə müdaxilə edərək həbslərə başlayıb. Artıq 200–dən çox insanın saxlanıldığı bildirilir.
Xatırladaq ki, zəhərlənərək həftələrlə müalicə alan Aleksey Navalnı yanvarın 18-də Almaniyadan Rusiyay qayıdanda paytaxt Moskvanın hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası tələb olunur.
Gununsesi.info