Rusiya əsgərlərini öldürməyə çağıran şəxs Finlandiya parlamentinin spikeri oldu

  • By ilhame
  • 06 Fevral 2024 22:21

Rusiya ilə sərhədin tamamilə bağlanmasının tərəfdarı olan sağçı “Əsl Finlər” Partiyasından olan deputat Yussi Halla-aho yenidən Finlandiya parlamentinin sədri seçilib.

 

Gununsesi.info xəbər verir ki, o, səsvermə zamanı səslərin yarısından çoxunu alıb.

 

Halla-ahoya 91 deputat səs verib. Sağçı partiyadan olan siyasətçi ilk dəfə 2023-cü ilin iyununda bu vəzifəni tutub.

 

Qeyd edək ki, Halla-aho Finlandiyada keçirilən prezident seçkisində də iştirak edib. Kampaniyası zamanı o, Rusiya əsgərlərinin öldürülməsinə çağırış etməsilə yadda qalıb.

 

Gununsesi.info