
Rusiyada demoqrafik durum gərgin qalmaqda davam edir.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında ölkə əhalisi 675 min nəfər azalıb.
Belə ki, 9 ayda ölkədə 1 milyon 49 min körpə doğulduğu halda, 1 milyon 725 min nəfər dünyasını dəyişib.
Xatırladaq ki, 2020-ci ildə Rusiya əhalisi 688 min nəfər azalmışdı.
Gununsesi.info