
Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində ABŞ-dan Ukraynaya gətirilən HIMARS yaylım atəşli reaktiv sisteminin və M777 haubitsalarının döyüş sursatı olan anbarını məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dnepropetrovsk vilayətinin Raduşnoye yaşayış məntəqəsi yaxınlığında yüksək dəqiqlikli, uzaq mənzilli, dəniz bazalı “Kalibr” raketləri ABŞ-ın Ukraynaya verdiyi HIMARS yaylım atəşli reaktiv sistemləri, M777 haubitsaları və 2S7 “Pion” özüyeriyən silahları üçün sursat anbarlarını məhv edib”, – Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Gununsesi.info