
Avqustun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.
Bu barədə Gununsesi.info-ya adıçəkilən komitədən bildirilib.
Məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyiilə məcburi köçkünlərin yaşayış şəraitininyaxşılaşdırılması, məşğulluğunun artırılması üçüngenişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədənəziyyət çəkən insanlara, o cümlədən məcburiköçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeydolunub.
Məcburi köçkünlərin doğma yurda – işğaldan azadedilmiş ərazilərə qayıdışının başlandığı məmnunluq hissi ilə qeyd edilib.
Bildirilib ki, Zəngilan rayonunda“ağıllı kənd” konseptində salınan Ağalı kəndinə iyulun19-dan 25-nə kimi Bakıdan köç karvanları yola salınıb. İlkin mərhələdə kəndə 41 məcburi köçkün ailəsiyerləşdirilib. Ağalıya əhalinin köçürülməsi davametdiriləcək.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunalxidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digərməsələlərlə əlaqədar olub.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Gununsesi.info