Ramil Usubovun qohumu həbsdə saxlanıldı – “Amrahbank”ın sahibinin oğlu…

  • By arzu
  • 27 Yanvar 2021 18:21

Səbail Rayon Məhkəməsində “AmrahBank”ın Müşahidə Şurasının və “AmrahSığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

 

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin olunub.

Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir.

Xatırladaq ki, Ü.İldırımzadə “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğludur.

Gununsesi.org