“Rəqibimizi təbrik etməyə gəldim” -İlqar Məmmədov YAP-ın tədbirindən danışdı

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə REAL Partiyasının sədri İlqar Məmmədov da iştirak edib.

Gununsesi.info-nun xəbərinə görə, İlqar Məmmədov tədbirlə bağlı özünün qeydlərini sosial şəbəkə hesabında yazıb.

Həmin qeydləri təqdim edirik:

“Yeni Azərbaycan Partiyası özünün 30’cu doğum gününə dəvət edib. Gəldim tədbirə rəqibimizi təbrik etməyə. YAP-a ən çox arzu etdiyim dünyada və ölkədə tamamən dürüst kimi tanınacaq demokratik rəqabətdə özünü göstərməsidir.

Digər arzum isə, onun həm xarici, həm də daxili siyasətini uzun müddətdir dəstəkləyən partiyaların rəsmən onun sıralarına qatılmasıdır”.

Gununsesi.info