
Qusar rayonunun İmamqulu kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, “Qaz-53” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində Qusar rayon sakinləri – 1970-ci il təvəllüdlü Osmanov Burzu Taciddin oğlu və 2005-ci il təvəllüdlü Osmanov Nəriman Burzu oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info