
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlılarının komandanı məlum olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, KTMT sülhməramlılarına Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdükov başçılıq edəcək.
Qeyd edək ki, 2015-ci ildə A.Serdükov Şərqi Ukraynanın işğalı zamanı Rusiya qoşunlarına komandanlıq edib.
Gununsesi.info