Qazax sakini qətlə yetirilib

  • By ilhame
  • 22 Noyabr 2023 22:20

Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.

Gununsesi.info-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə keçmiş məhkum, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov şübhəli bilinir. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info