Qardaşı milli qəhrəmanın Kəlbəcərdəki məzarında - VİDEO+FOTOLAR

  • By admin
  • 30 Avqust 2021 11:44

Azərbaycanın ilk milli qəhrəmanlarından biri Şahlar Şükürovun 27 il erməni işğal altında qalan məzarı dağıdılıb.

Gununsesi.info-nun xəbərinə görə, qardaşı “Tərəqqi” medallı, əməkdar həkim  Adil Şükürov 27 il sonra milli qəhrəmanın Kəlbəcərdəki məzarını ziyarət edərkən bunun şahidi olub.

Qəbirüstü abidənin dağıldığının şahidi olan Adil Şükürov qardaşının başdaşı üçün müvvəqqəti lövhə qoydurub.

Saytımıza açıqlamasında bu mənzərədən ağır hislər keçirdiyini deyən Adil Şükürov buna baxmayaraq, Kəlbəcəri azad görməsinə də sevindiyini deyib:

Biz bu məzarlarımızı, dağıdılmış evlərimizi bərpa edəcəyik. Bu gün Şahlar kimi birinci Qarabağ savaşında həlak olan bütün şəhidlərimizin ruhu şaddır”.

Elmar

Gununsesi.info