
İkinci Qarabağ müharibəsinin gedişində ölən erməni hərbçilərin qalıqlarının axtarışı bu gün Füzuli istiqamətində davam etdirilib.
Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, budəfəki axtarışlar zamanı iki erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Ümumilikdə, Qarabağdakı axtarışlar nəticəsində 1618 erməni hərbçinin meyiti və cəsəd qalığı tapılıb.